Dünən - aprelin 27-i Bakı Kristal Zalında dünya şöhrətli ulduz, italyan müğənnisi və bəstəkarı Eros Ramazzottinin konserti keçirilib.
Romantik balladalar kralı Ramazzottinin "Perfetto" adlı dünya turnesi çərçivəsində keçirilən konserti Bakı sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Mahnıların ən səmimi ifaçısı kimi dünya şöhrətini qazanan milyonların sevimlisi Eros Ramazzotti şou-proqram zamanı tamaşaçılara "Perfetto" albomundan özünün hitlərini və yeni kompozisiyalarını təqdim edib.
Sayca 13-cü olan "Perfetto" albomu 2015-ci il mayın 12-də işıq üzü görüb, 60 ölkədə ən çox satılan albomlarının top-onluğuna daxil ola bilib.
Eros Ramazottinin möhtəşəm şousu gözəl səhnə dekorasiyaları, unikal işıq effektləri və xüsusi olaraq bu şou üçün hazırlanmış nəhəng videoekranla, ən əsası isə çox gözəl musiqi və üslubla müşayiət olunub.
Konsertdə Eros özünü musiqiçi kimi də göstərib: "Stella Gemella" mahnısı zamanı gitarada solo, "Tra vent'anni" mahnısı - fortepianoda, və nəhayət, finalda "Un angelo disteso al sole" zamanı akustik gitarada solo ifa edib.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































