Rusiyadakı "Rose bar" restoranında xoşgəlməz hadisə baş verib.
"Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, anadangəlmə əlil olan Oleq Yeremin həmin məkandan məhz fiziki qüsurlu olduğu üçün qovulub.
22 apreldə restorana gələn Oleq "INSEAD" məktəbinin məzunları ilə görüşmək istəyib. Amma heç 3 dəqiqə keçmədən ona qapının yerini göstəriblər.
Qeyd edilir ki, restoran "Crocus Group" şirkətinin tərkibindədir və azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarova məxsusdur.
Retoranın narazı ziyarətçisinin bu paylaşımını restoran işçiləri də görüb və məsələ ilə bağlı araşdırmalara başlanılıb. Məlum olub ki, Oleqi "Rose bar"dan həmin məkanın icraçı direktoru, Aleksey adlı şəxs çıxarıb. Bu hadisəyə Emin Ağalarov şəxsən müdaxilə edib və hər kəsin adından Oleq Yeremindən üzr istəyib. O, Yeremini məkandan uzaqlaşdıran şəxsi və buna görə məsuliyyət daşıyan bir neçə nəfəri işdən azad edib.
Emin Ağalarov fiziki qüsurlu şəxsi təzminat müqabilində dostları ilə birgə şəxsi restoranlarından hər hansı birinə yeməyə də dəvət edib. (qafqazinfo)
Mediainfo.az


Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































