Aktyor Kadir Doğulu və nişanlısı Neslihan Atagül dünən partidən çıxarkən görüntüləniblər.
Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən bildirir ki, dünən 34 yaşı tamam olan Kadiri İnstaqramdan təbrik edən Neslihan daha sonra ona parti sürprizi edib. Məkan çıxışında jurnalistlərlə söhbət edən Atagül "Uzun zamandır görə bilmədiyimiz adamlarla və ailəmizlə çox əyləncəli bir gün keçirdik. Sevdiyim bütün hər kəs yanımda idi" deyib. K.Doğulu isə "Hədiyyənin nə olduğunu onsuz da bilirsiniz, haqqında çoxlu yazmışdınız" deyərək gülüb. Onlar birgə yaşamaq üçün ev aldıqları haqda xəbərləri də təsdiqləyiblər: "Aldıq, təbii ki, tezliklə evlənirik. Evimiz deyil, həyatımız da ortaqdır".
Günel
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































