Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə "Space" telekanalını ittiham edib.
Musavat.com xəbər verir ki, sənətçi səhər proqramına gecikdiyi üçün telekanala buraxılmadığını bildirib:
"Bu gün 9:30-da "Space" telekanalında canlı yayımda olmalı idim. Proqrama 5 dəqiqə gecikdiyim üçün telekanalın qapıda dayanan qeyri-peşəkar işçisi mənə dedi ki, "siz gecikmisiniz, ona görə mənə tapşırılıb ki, sizi verilişə buraxmayım". Bu gündən sonra "Space" telekanalına çıxmayacağam. Qeyri-peşəkar işçilərə görə bu mənim qərarımdır. Onu da əlavə edim ki, bu günə kimi heç bir proqrama gecikməmişəm".
"Space" televiziyasının icraçı direktoru Kamil Şahverdiyev əməkdar artistin ittihamlarına cavab verib. O müsavat.com saytına açıqlamasında müğənninin proqrama 45 dəqiqə gecikdiyini deyib:
"Bizim telekanal heç bir müğənniyə qadağa qoymur. Müğənni canlı yayıma gecikirsə, proqramın bütün istiqaməti dəyişir. Abbas Bağırov proqrama 5 dəqiqə deyil, 45 dəqiqə gecikib. 45 dəqiqə sonra gəlməsi məntiqsizlikdir. Abbas Bağırova qarşı hörmətsizlik edilməyib".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































