"Eurovision 2013" təmsilçimiz Fərid Məmmədov ötən gün paytaxt məkanlarının birində özünə toy edib.
Lent.az-ın əməkdaşının iştirak etdiyi toyda maraqlı məqamlar olub. Belə ki, Nigar adlı xanımla nikah masasına oturan Fərid özəl gününə şou-biznesdəki dostlarını çağırmayıb. Toyun aparıcı müğənnisi Səməd Səmədov olub. Restoranın fotoqraflarına və gələn qonaqlara bəy və gəlinlə şəkil çəkdirməmək tapşırığı verilib. Toy isə naməlum səbəblərdən tez, 22:30-da başa çatıb. Bunun səbəbini bəyin yaxınlarından maraqlanmaq istəsək də, niyyətimiz boşa çıxdı.
Xatırladaq ki, F.Məmmədovun toyuna müəllimi əməkdar artist Aybəniz Haşımova belə dəvət olunmayıb. Əvəzində toyda iştirak edənlər arasında rəqqasə Fatimə Fətəliyeva, müğənni Vüqar Muradov olub.
Qeyd edək ki, F.Məmmədov "Eurovisin 2013" mahnı müsabiqəsində "Hold me" adlı mahnını ifa edərək, həmin il yarışmada 2-ciliyi qazanmışdı.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































