Müğənni Natavan Həbibi və xalq artisti Aygün Kazımova arasında məhkəmə qalmaqalı davam edir.
Qeyd edək ki, Aygün Kazımova Natavan Həbibinin milliyyətcə erməni olduğunu bildirib. Buna etiraz olaraq Natavan Həbibi qarşı tərəfi məhkəməyə verib.
Məhkəmə qərarına əsasən xalq artistinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Natavan Həbinin vəkili məbuata bildirib ki, məhkəmə qərarına görə Aygün Kazımova ağır xəstə olduğu üçün ölkədən çıxışı müvəqqəti götürülüb. Aygün Kazımova isə yaxın günlərdə ağır xəstə olmadığını və Türkiyəyə plastik əməliyyat etdirmək üçün getdiyini bildirib.
Bu haqda danışan Natavan Həbibi deyib ki, xalq artistinin özü öz yalanını açıb: "Məhkəmə qərarına görə ağır xəstə olduğu sənədlərlə təqdim edilib. Bu haqda danışmaq istəmirəm və marağında da deyiləm. Bu barədə nə lazımdırsa vəkilim mətbuata deyir. Özü demişdi ki, xəstədir. Sonra isə bildirdi ki, ağır xəstə deyil. Biz də xəstə olması haqqında sənədi təqdim etdik. Özü öz yalanını açdı".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































