yazılanlara münasibət bildirib
Sənətçi bildirib ki, onun heç kimdən gizlədəcəyi hərəkəti yoxdur.
"Artıq bir neçə gündür Bakıdayam. Aprelin 5-də İstanbula səfər etdim və bunu "Instagram"dakı rəsmi səhifəmdə izləyicilərimlə bölüşdüm. Axı mən hər dəfə qeyd edirəm ki, heç kəsdən gizlədəcəyim addımım yoxdur və olmayıb. Sevincimi, kədərimi, ağrı-acımı, problemimi hər zaman sizlərlə bölüşmüşəm. Necə ki, aprelin 6-da xalqımın o günlərində məhz həmin günlərlə bağlı görüntülər paylaşdım. Vətəndən kənarda olsam da, vətənim və vətəndaşlarımla hər zaman birgə olduğumu hiss etdirmişəm. Bu, mənim vətəndaşlıq borcumdur, içimdən gəlir, qanımda axır. Bu görüntüləri paylaşanda mən "Acıbadem" xəstəxanasında idim. Amma kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik əməliyyatla bağlı. Bu estetik əməliyyatdan sonra elə İstanbulda ikən imic dəyişikliyi etdim. Kimlərinsə uydurduğu və arzu etdiyi nə sübuta yetirilən xəstəliyim var, nə də açıqlanması guya yasaq olacaq diaqnozum".
Aygün Kazımova bildirib ki, sözügedən xəstəxanaya təkcə indi yox, bir neçə dəfə müraciət edib:
"Bunun məqsədi estetik əməliyyatlarımla bağlıdır. Mənim estetik əməliyyatla bağlı xəstəxanada olmağım və ya estetik əməliyyat etdirməyim beləmi sensasion xəbərdir? Görünür vəkilin xəbəri bu cürə yaymaqda məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə olunmasıdır.
Əgər susuramsa, bu o demək deyil ki, məğlub tərəfəm. Sadəcə, boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt etmək istəmirəm. Özü də Azərbaycanımın bu günlərində. Məhz elə bu günlərdə mənə edilən növbəti qara piara da toxunmaq istəyirəm. Yenə də susuram. Qeyd etdiyim kimi bu cür söhbətlərlə, özü də bu günlərdə gündəmə bu kimi mövzuları gətiməkdənsə, birləşək bir olaq, birlik nümayiş etdirək. Hər gün bir ananın gözü yaşlı qalır, hər gün vətənə bir şəhid qurban veririk. Dərdimiz məqsədimiz bir olmaqdansa, özümüz öz içimizdə özümüzü vururuq". (ölkə)
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































