Rusiyanın xalq artisti, bakılı müğənni Larisa Dolinanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında muğamı ermənilərin məharətlə oxuduğunu söyləməsi xalq artisti Arif Babayevi özündən çıxarıb.
Publika.az-a açıqlama verən xanəndə erməninin heç vaxt muğam oxumaq qabiliyyətinin olmadığını bildirib: "Lorisadı-Dolisadı, nədi, mən heç onu tanımıram da. Getsin öz işi ilə məşğul olsun. Erməni nə vaxtdan muğam oxuyan olub? O vaxt "Haş-tuş" adlı bir oyun havaları vardı, çalırdılar, 500 nəfər tökülüşürdülər ortaya. Biz muğam oxuyanda səslərini də çıxarmırdılar, ölürdülər bizim oxumağımızdan ötrü. Mən Amerikada qastrol səfərində idim. Onda müharibə təzə-təzə başlayırdı. Muğam oxuduq, başımıza o qədər şabaş tökdülər ki, pullar ayağımızın altında qaldı. Çalğıçılara dedim ki, biriniz də o pula əl vurmayacaqsınız. Özlərinə də qayıtdım ki, pulumuz da var, evimiz də, avtomobilimiz də. Muğam boğazları ancaq bizə məxsusdur. O Lorisa elə erməninin tayıdır, həmişə onlara yaltaqlanıb. Burdan ona səslənirəm: Ağzına gələni danışma, gəl yanıma, bir "Çahargah" oxuyum, sənə göstərim muğamı kim oxuya bilir: erməni, yoxsa azərbaycanlı?"
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































