Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir.
Bu sözləri əməkdar artist Lalə Məmmədova cəbhə bölgəsinə gedib şəkil çəkdirib paylaşan həmkarları haqda rəsmi İnstaqram səhifəsində yazıb. O bu hərəkətin doğru olmadığını bildirib:
"Əziz sənət yoldaşlarım! İnternetdə sizin cəbhə bölgəsinə səfərləriniz və şadyanalığınızı seyr edirəm... Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir? Etməyin! Mübarizə, dəstək belə primitiv yolla deyil, daha sivil və məntiqlə olmalıdır".
Qeyd edək ki, Tolik, Nadir Qafarazadə, Xatirə kimi bir çox müğənnilər cəbhə bölgəsinə gedərək oradan fotolar paylaşmışdı. (axar)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































