Xanəndə Qoçaq Əsgərov və müğənni Elnur Məmmədov Azərbaycan ordusunun işğaldan azad etdiyi strateji yüksəklik-Lələ-Təpəyə (Lalə-Təpə) səfər ediblər
Qoçaq Əsgərov bildirib ki, bu səfəri ərazi ermənilərdən azad edilən gündən bəri gerçəkləşdirməyi düşünüblər. Lakin döyüş getdiyindən bu, ötən gün mümkün olub.
"Lələ-Təpəyə ilk gedən mülkü vətəndaş və sənətçi bizik. Əsgərlər bizi görüb əhval-ruhiyyələri daha da yüksəldi. Onlarla birlikdə Azərbaycanımızı tərənnüm edən mahnılar oxuduq. Şəkillər çəkdirdik. Ermənilərlə bizim aramızdakı məsafə 1 km-dən az olardı. Mən ən yüksək nöqtədə dayanıb "Qarabağ" şikəstəsini oxudum. Ermənilər hər an atəş aça bilərdi. Amma risk etdim, axıra kimi oxudum. Əsgərlərdən bir neçəsi bizimlə çəkdirdiyi şəkilləri ailələrinə çatdırmağımızı istədi. Onlarla keçirdiyimiz həmin saatlar ömrümüzə yazıldı. İnşallah digər torpaqlarımız işğaldan azad olunsun, onun da qələbə sevincin belə yaşayaq".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































