Müğənni Murat Boz 3 aydır birlikdə olduğu aktrisa Aslı Enverlə evlilik planları qurmağa başlayıb.
Mediainfo.az saytının "Oxu Məni" qəzetinə istinadən məlumatına görə, birlikdə rol aldıqları "Kardeşim benim" filminin çəkiliş meydançasında başlayan sevgini rəsmiləşdirmək istəyən Murat bu barədə yaxınlarına deyib. 36 yaşlı ifaçı ilə 31 yaşlı aktrisa bir-birlərini ailələri ilə tanış ediblər. Boz "Aslı ilə çox yaxşı yola gedirik, bu dəfə sevgili olmaq zamanını çox uzatmaq istəmirəm" deyərək ciddi olduğunu nümayiş etdirib. Ailələrin razılığın alan cütlük iyunda evlənməyi planlaşdırır.
Günel
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































