anınmış reper Miri Yusif (Mirbabayev Mir Yusif Mir Heydər oğlu ) bu günlərdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə məlumat Musavat.com-a hüquq-mühafizə orqanlarından daxil olub.
Mənbəmiz bildirib ki, Miri Yusif və onunla birlikdə olan Etibar adlı şəxs ("Pulya Etibar" kimi tanınır) əməliyyatçılar tərəfindən saxlanılıb. Onların üzərindən narkotik maddə kokain aşkarlanıb. Miri Yusif və dostu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıblar. Bir neçə saatlıq araşdırmalardan sonra Miri Yusif azad edilsə də, Etibar adlı şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, faktla bağlı araşdırmalara başlanılıb.
.jpg)
Məsələyə aydınlıq gətirmək üçün müğənninin mətbuat katibi Emin Əfəndi ilə əlaqə saxlayıb. O bildirib ki, müğənninin saxlanılması xəbəri həqiqəti əks etdirmir: "Bu yanlış məlumatdır, cəfəngiyyatdır. Miri Yusif saxlanılmayıb".
DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə açıqlamasında deyib ki, hadisədən xəbərsizdir: "Bu haqda məlumatım yoxdur. Araşdırıb ətraflı məlumat verərəm".
Şəlalə
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































