Mediainfo.az xəbər verir ki, Türkiyədə daha bir qadın qətlə yetirilib. Belə ki, "Mezdeke" qrupunun solisti olan Aynur Kambur Şışlıdakı evində naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Tənha yaşayan qadının başına 1, bədəninə isə 5 dəfə atəş açılıb. Dünən gecə saatlarında baş verən hadisənin şahidləri olmayıb. Polis qara paltolu şəxsin axtarışına çıxıb.
Aynurun bacısı Dilek Kıymış və oriyental rəqslərin ifaçısı kimi tanınan, mərhumənin ən yaxın rəfiqəsi Asena (bir vaxtlar İbrahim Tatlısesin sevgilisi olub) hadisəni öyrənən kimi özlərini yetiriblər.
Xatırladaq ki, Aynur Kambur xərçəng xəstəsi olduğundan 3 dəfə döşündən əməliyyat olunub.
Plastik və estetik cərrahı Güner Uysalın əməliyyat zamanı səhvi Aynuru möhkəm sarsıtdığı üçün onu məhkəməyə verib. 2011-ci ildə məhkəmənin hökmü ilə həkim Güner Uysal 17 min liralıq (təxminən 8700 azn) cərimə olunub.
Hökm verildikdən saat sonra isə həkim-cərrah ürək çatışmazlığından dünyasını dəyişib.
Banu
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































