Stokholmda "Eurovision -2016 "mahnı müsabiqəsində iştirak edəcək ölkələrin nümayəndə heyətləri rəhbərlərinin ilk rəsmi görüşü keçirilib. İTV-nin məlumatına görə, görüş çərçivəsində 43 ölkənin hər biri öz təmsilçisinin adını və ifa olunacaq mahnını Avropa Yayım Birliyinə (EBU) rəsmi şəkildə təqdim edib.
Qeyd edək ki, nümayəndə heyətlərinin rəhbərləri müvafiq ölkəni Avropanın sevimli "Eurovision" şousunun hazırlıq işinə rəhbərlik edən məsul şəxslərdir. Görüşdə eyni zamanda müsabiqəyə hazırlığın gedişi müzakirə olunacaq. Nümayəndə heyətlərinin başçıları eyni zamanda Stokholmda müsabiqə ilə bağlı bütün yeniliklərlə və müsabiqənin keçiriləcəyi arena ilə tanış olublar.
Görüşdə hətta gələn il keçiriləcək "Eurovision-2017" müsabiqəsinin ilkin tarixləri də açıqlanıb. EBU-nun rəsmi məlumatına görə, əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 17-i, 2-ci yarımfinalı mayın 18-də, final isə mayın 20-də keçiriləcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































