Azərbaycanlı müğənni Sevda Sanalıyeva ikinci dəfə ana olacaq.
Bu barədə ifaçının özü məlumat verib. Müğənni bildirib ki, 3 ay bu xəbəri mediadan gizlətməyə çalışıb: "Hamiləliyin ilk 3 ayı təhlükəli olduğuna görə, ikinci dəfə ana olmağa hazırlaşmağımla bağlı xəbərin mediaya çıxmasına qarşı idim. Artıq hamiləliyimin 4-cü ayına keçdiyimə görə bu məlumatı rahat deyə bilərəm. Mənə yaxın olan insanlar bilir ki, uzun illər övlad həsrətində olmuşam. Şükürlər olsun ki, tanrım bu həsrətimə son qoyub, mənə bir oğul övladı verdi. İndi ikinci dəfə də ana olmağa hazırlaşıram. Amma cinsiyyətini bilmirəm. Mənim üçün dünyaya gələcək övladımın qız və ya oğlan olması o qədər də fərq etmir. Təki sağlam övladım olsun. Allahın məsləhəti nədirsə, o da olsun".
Qeyd edək ki, gizli ailə quran S.Sanalıyeva 2015-ci ilin fevralında ana olub. (lent)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































