Mediainfo.az-ın əldə etdiyi məlumata görə, meyxana aləmində yetərincə tanınan Rəşad Dağlı (Əmirov) təcili olaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, iki gün özəl xəstəxanada mədəaltı vəzisində yaranan sancılardan müalicə olunan Rəşad toya dəvət aldığı üçün çıxmaq istəyib. Lakin həkimlər bunun xəstənin həyatı üçün son dərəcə təhlükəli olduğunu bildirdiklərindən etiraz ediblər. Meyxanaçı, "toyun behini almışam, iştirak edim, yenidən qayıdıb gələcəyəm", - desə də, rəhbərlik yenə də buna razı olmayıb. Bu səbəbdən də adının açıqlanmasını istəməyən özəl klinikanın işçiləri ilə Rəşad arasında qalmaqal yaranıb. İşi belə görən meyxanaçı özünə aid əşyalarını da yığaraq, xəstəxananı tərk edib.
Həmin gün o, səhhəti yol verməsə də, dəvət aldığı toyda olub. Gecə yenə də mədəsində sancıları tutduğundan yaxın dostunun sayəsində ""Semaşko" xəstəxanasına çatdırılıb.
İki gün də bu xəstəxanada qaldıqdan sonra evə buraxılıb.
Hazırda meyxanaçı müalicəsini evdə davam etdirilir.
29.02.06
Tanınmış meyxanaçı Rəşad Dağlı təcili olaraq xəstəxanaya yerləşdirilib! İlkn məlimata görə, söz ustadının üzərində ağır əməliyyat aparılıb. Onu xəstəxanaya yaxın dostu gətirib. Hadisədən anasının belə xəbəri olmayıb.
Hadisə ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq.
Bizi izləməyə davam edin.
Banu
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































