Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbi məlum olub.
Müğənninin qohumu Əli Mirəliyev ATV.az-a açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ölümünə səbəb ürəyində trombun qırılmasıdır: "Səhər saatlarında vəfat etdi. Xəstəxanaya çatdıra bilmədik. Xidmətçisi məlumat verdi bizə, indi onun evindəyik".
Qeyd edək ki, İlhamə Quliyevanın evinə heç kim buraxılmır. Müğənninin Qutqaşınlı küçəsində yerləşən evinin qarşısında olan "Qafqazinfo" nun əməkdaşları bildirir ki, bina hazırda polis tərəfindən mühafizə olunur.
Polis əməkdaşları bildiriblər ki, hazırda içəridə müğənninin iki qohumu və Əli Mirəliyevdən başqa heç kim yoxdur.
Onlar qeyd edib ki, hüquq- mühafizə orqanlarının rəhbərləri də hadisə yerinə gələcək. Binanın qarşısında təcili tibbi yardım maşını dayanıb.
Xalq artistinin meyiti ekspertizaya aparılacaq.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































