“Bütün borclarımı ödədim. Həyata yenidən başlayan kimiyəm. Deyirlər ki, borc igidin qamçısıdır, mən böyük qamçı yedim...”
Mediainfo.az xəbər verir ki, bu sözləri müğənni Sərdar Ortaç deyib.
Son illər qumar borcu ilə tez-tez gündəmə gələn ifaçı 2022-ci ilə bütün borclarından xilas olduğunu açıqlayıb:
“Şükürlər olsun, hər şey bitdi. İndi səhnəyə təmiz pambıq kimi çıxacağam. Bundan sonra qazandığım hər şeyi təkbaşına yemək niyyətində deyiləm. Artıq qazandığım hər qəpiyi dostlarıma xərcləyəcəyəm”.
Müğənni uğursuzluğa düçar olan keçmiş ailəsindən və sevgilisindən də danışıb:
“Anam demişdi ki, sarışın qadından xeyir gəlməz. Xanımım da sarışın idi, sevgilim də. Anama qulaq asmadım, Allah cəzamı verdi”.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































