TV 8-də yayımlanan "İşte benim stilim" dəb müsabiqəsinə daha bir azərbaycanlı qatılıb.
Ayşən Ocaqverdiyeva 5 ildir Türkiyədə yaşadığını, burada təhsil aldığını vurğulayıb:
"Təhsilimi yeni bitirmişəm. İşləmirəm, 5 ildir ki, İstanbuldayam. İndi sevdiyim bir işi etmək istəyirəm, butik açmaq fikrindəyəm. Modaya marağım var".
Elə ilk verilişdə azərbaycanlı iştirakçı ilə Bahar arasında kiçik qalmaqal yaşanıb. Ayşən verilişdə kinayəli şəkildə Baharı çox sevdiyini, ona hədiyyə gətirdiyini bildirib. Aparıcı Öykü Serter isə Ayşənin gətirdiyi güzgü və salfetkadan ibarət hədiyyəni Bahara təqdim edib.
Daha sonra Ayşən niyə bu hədiyyəni seçdiyini açıqlayıb. O, Baharın dodaq boyasının çox olduğunu, güzgüyə baxaraq dodaq boyasının azaltmasını məsləhət görüb.
Münsif kürsüsündə əyləşən Hakan Akkaya, İvana Sert və Nur Yerlitaş Ayşənin geyim tərzini bəyənərək müsabiqəyə qəbul ediblər. (qafqazinfo)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































