Gələn həftə Xalq artisti İlhamə Quliyevanın köməkçisi, hazırda həbsdə olan Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov və vəkili Vasif Mirzəyev Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun qəbuluna gedəcək.
Bu barədə açıqlamasında M.Hüseynovanın vəkili deyib. Onun sözlərinə görə, görüş baş tutarsa, orada müəyyən məsələlərə aydınlıq gələcək: "Apelyasiya məhkəməsi oldu, amma onu buraxmadılar. Mehriban xanım, həyat yoldaşı da barəsində olan cinayət işinin xitam olunması və azadlığa buraxılması üçün Baş Prokurora müraciət ünvanlayıb. Ümid edirik ki, ölkə rəhbərliyi və Baş Prokurorluq məsələyə reaksiya verəcək".
Vəkil bildirib ki, M.Hüseynovanın əməlidə heç bir cinayət tərkibi yoxdur: "Əsassız və qanunsuz həbs olunub. Azərbaycan Respublikasının qanunvericiliyində soyğunçuluğa cəhd edən bir maddə nəzərdə tutulmayıb. Bu ittiham ona əsassız verilib və biz bunu sübut etməyə çalışırıq".
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb. (azNews)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































