Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verib.
Bu barədə "Report"a M.Hüseynovanın vəkili Vasif Mirzəyev bildirib.
O bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Müraciətdə M.Hüseynovanın ev dustaqlığına buraxılması barədə iddianın təmin edilməsi də istənilib.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Fevralın 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































