Nadir Qafarzadə İlhamə Quliyeva üçün: "Sizin sənətinizi görüb, həzm etməyənlər mədəniyyətdən kənar adamlardır"

Nadir Qafarzadə İlhamə Quliyeva üçün: "Sizin sənətinizi görüb, həzm etməyənlər mədəniyyətdən kənar adamlardır"

Müğənni Nadir Qafarzadə xalq artisti İlhamə Quliyevaya sosial şəbəkə vasitəsilə tərif yağdırıb.

Oxu.Az xəbər verir ki, o, bir müddətdir adı qalmaqala qarışan həmkarına dəstək olub:

"Azərbaycan mədəniyyətində və incəsənətində öz dəsti-xətti olan, ölkənin xalq aristi, "Şöhrət" və "Şərəf" ordenli böyük sənətkar İlhamə Quliyeva... Siz dahisiniz, mənim sənətkarım".

Sizin sənətinizi görüb, həzm etməyənlər mədəniyyətdən kənar adamlardır. İllərin sənətkarı... Vaxt gələcək sizin nə böyüklükdə sənətkar olmağınızı bir daha anlayacaqlar. "Sağlığında qiymət verin insanlara".

Artıq-əskik şərh yazanı bloka atacam. Mənim səhifəmdə paylaşılan hər kəsin şəklinə hörmətlə yanaşın. Kimin nəsə xoşuna gəlmirsə, səhifəmi tərk edə bilər. Hər kəs İlhamə Quliyeva ola bilməz. Elə sənətkarlar var ki, onlar əvəzolunmazdır. Guya hamı mələkdi, idealdır və səhvsizdir? Hər kəs etdiyi savab və günaha görə özü cavab verəcək. Biz Allah deyilik. Allahlıq iddiasına düşmək fikriniz olmasın".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az