SON DƏQİQƏ! Xəstəliyə tutulan Doğuş şəxsi həyatı ilə bağlı açıqlamalar verir

SON DƏQİQƏ! Xəstəliyə tutulan Doğuş şəxsi həyatı ilə bağlı açıqlamalar verir
"Əkiz uşağım olacaq: biri oğlan, digəri qız"

Mediainfo.az xəbər verir ki, hal-hazırda Türkiyənin "Beyaz TV"də yayımlanan "Söylemesem olmaz" verilişinin qonağı olan müğənni Doğuş şəxsi həyatı ilə bağlı açıqlamalar verməkdədir.

O, azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə ailəli olduğunu, tezliklə əkiz uşaqlarının olacağı barədə də məlumat verdi. "Əkiz bəbişlərim olacaq, biri qız, digəri oğlan", - deyən Doğuş 4 yaşından etibarən atılmış uşaqlar evində böyüdüyünü də dilə gətirdi:

"Bir gün Azərbaycandan xəbər gəldi ki, əngəlli uşaqlara konsert verilir, Doğuşun iştirakını istəyirlərş Mən də qonorarımı açıqladım. Alacağım pulu mən də atılmış uşaq evinə keçirəcəkdim. Onlar qonorarımla razılaşdılar. Menecerimlə müqavilə bağlandı və biz Azərbaycana yollandıq. Tədbirdə aparıcı xanımın əngəlli uşaqlarla necə davrandığını görüb, dəhşətə gəldim. O, bir mələk idi! Elə həmin gün də o aparıcıya - Xoşqədəmə evlənmək təklif etdim".

Əslən Kütahyadan olduğunu bildirən müğənni, "yetimlər evində böyümüşəm, dəfələrlə evimizə qaçmışam, küçə dostlarım çox olub, çox acımasız həyat sürmüşəm, bəzi şeylərə tövbə demişəm, dəfələrlə həbs olunmuşam. Qurban olduğum Allahım məni bağışlasın, onu uzun müddət qəbul etməmişəm. Simit satmışam, jeton satmışam, çox çətinliklər görmüşəm", - deyə açıqlamalar verməkdə olan Doğuş yaradıcılığa necə başlamasına da toxundu.

Bundan başqa, məlum oldu ki, Doğuş şöhrət yorğunluğu xəstəliyinə tutulub. Hazırda tanınmış həkim Serhan bəy müğənninin bu xəstəliyi ilə bağlı açıqlamalar verir.

Günel

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az