Rəqqasə Fatimə Fətəliyeva xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yazdığı "Hər birinizin mənfi rəyi, elə mənim bir yerimə" şərhindən danışıb.
Sənətçi "MUZ TV"yə açıqlamasında müğənnini buna görə qınayıb.
F.Fətəliyeva sənətçilərin sosial şəbəkədə təhqirlər yazmasına qarşı çıxdığını deyib:
"Aygün Kazımova sosial şəbəkədə belə bir şərh yazıb. Bu bütün sənət adamları üçün mənfi bir hərəkət idi. O hərəkətlərə görə bizə də pis baxırlar. Adi tamaşaçılardan olsaydım çox əsəbiləşərdim, sarsılardım. O nə deməkdir, başa düşmədim? Ayıbdır.... Tanınmışıq deyə, nə istəyirik danışmalıyıq? Biz xalqa nümunə olmalıyıq. İnstaqramda tamaşaçı ilə ünsiyyət vasitəsindən biridir. O nədi, ağzına gələni yazırsan? Bəziləri elə biləcək ki, onunla özümü reklam edirəm. Mənə elə reklam lazım deyil".
F.Fətəliyeva sosial şəbəkədə ona yazılan təhqirlərdən də danışıb:
"Mənə yazmışdılar ki, "Sən nəyinlə fəxr edirsən. Bicbala dünyaya gətirmisən. Başqasının ailəsini dağıtmısan". Həmin insana cavab verim ki, mən heç kimin ailəsini dağıtmamışam. Dünyaya gözəl övlad gətirmişəm, atası da, anası da var. Oğlum sevgi-məhəbbət üzərində yaranan övladdır. Özümə hörmət edən xanımam. Başqa biri də yazıb ki, "1 il əvvəl nişanlımla görüşmüsən". Ayıbdır ey, mənim 20 yaşında qızım var". (axsam)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































