Hafiz Hacıyev: "Aygünü kim “saxlayır”, kim arxasında durursa, onu tapın deyin ki..."

Hafiz Hacıyev: "Aygünü kim “saxlayır”, kim arxasında durursa,  onu tapın deyin ki..."
Partiya sədri xalq artistini yuyub-sərdi

"Bu adamlar arxalarında duranlara arxayındırlar. Aygünün bu cür hazırlamasının səbəbkarı məmurlardır".

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev musavat.com-a açıqlamasında deyib. Sosial şəbəkədə xalq artisti Aygün Kazımovanın təhqir səsləndirməsinə reaksiya verən partiya sədri deyib ki, o müğənni özünün məmur "dostlarına" arxayın olub belə danışır:

"Artıq insanları təhqir edirlər. Onun ixtiyarı yoxdur ki, sadə vətəndaşı təhqir etsin. Aygünü kim "saxlayır", kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalıdır və ona deməlidir ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram. Xahiş edirəm ki, onun hərəkətini ictimaiyyətin müzakirəsinə verin".

Qeyd edək ki, son zamanlar sənət adamlarının "İnstagram" səhifələrində onları tənqid edən insanları təhqir etməsi adət halını alıb. İlin əvvəlində müğənni Xatirə İslam sosial şəbəkədə onu tənqid edənləri "tupoy", "qaraçı" adlandırmışdı. Sənətçinin bu addımı xalqı təhqir kimi qiymətləndirilmişdi.

Ötən gün isə xalq artisti Aygün Kazımova doğum günü məclisində geyindiyi qısa libasa görə tənqid olunub. Xalq artisti iradlara təhqirlə cavab verib və "Hər birinizin mənfi rəyi mənim belə bir yerimə, bədbəxtlər" şərhini yazıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az