Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) tanınmış aparıcısı İlkin Həsəni ilə ANS Müstəqil Yayım və Media Şirkəti arasında məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsində davam edəcək.
Apellyasiya şikayətinə hakim Cəmilə Səfiyevanın sədrliyi ilə yanvarın 28-də baxılacaq.
Qeyd edək ki, 2015-ci ilin yayında İlkin Həsəni ANS telekanalının ünvanına "facebook" sosial şəbəkəsində təhqiramiz ifadələr yazıb. Həmin statusa görə, ANS şirkəti aparıcını məhkəməyə verərək maddi zərərin, təşkilatın və onun əməkdaşlarının subyektiv hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.
Nəsimi Rayon Məhkəməsində iddia tələbi qismən təmin edilib. İ.Həsəni də sosial şəbəkədə ANS şirkətindən üzr istəyib. Lakin məhkəmə qərarı ilə razılaşmayan tanınmış aparıcı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. (report)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































