Aygün Kazımova Nahid Emiloğlunu məhkəməyə verir!

Aygün Kazımova Nahid Emiloğlunu məhkəməyə verir!
"Nahidə ayıb olsun! Bütün yazışmalar və səs yazıları məndə var”

Xalq artisti Aygün Kazımova təşkilatçı Nahid Emiloğlunu fırıldaqçılıqda, pul mənimsəməkdə ittiham edir:

"Avqust ayının 21-i "Ayrılarmı könül candan" adlı konsertim üçün 400 VİP bilet götürdü və yoxa çıxdı. Sonda məcbur olub həmin 400 biletin pulunu özüm ödədim. Mənə konsertim günü stress yaşatdı.

Hər yerdə adını mənim konsertimlə reklam etdirirdi. Bu ilk dəfə deyil. Bundan əvvəl, yəni 2 il öncə Sinan Akçıl ilə Bakıda konsertim olmalı idi. Həmin ərəfədə məni Türkiyənin ən nüfuzlu musiqi şirkətlərindən biri olan "Poll Production"ın rəhbəri Yağçı bəyin qarşısında biabır etdi. Sinanın qonorarı ödənməli idi. Mən danışıqlar aparıram, Nahid isə hamımızı aldadır. "Pul yoldadır",- deyərək yalan danışmağa davam etdi. Məhz Nahid Emiloğlunun dələduzluğunun qarşılığında "Poll Production" qarşısında bütün etibarımı itirdim. Daha o şirkətlə əməkdaşlıq edə bilmədim. Sonra "DMC" şirkəti ilə işbirliyinə başladım. Sinan məni anladı və onun dələduz olduğunu başa düşdü. Belə ki, Sinanla mahnılarımız, repertuarımız, hətta konsertin ssenarisi belə hazır idi. İfa edəcəyimiz popurilər məlum idi. Nahid hər şeyi məhv etdi. Sonuncu dəfə isə yeni il gecəsi qızımla onun təşkil etdiyi konsert proqramında çıxış etdik. Konsert vaxtı hovuza yıxıldı. Halı pis oldu və xahiş etdi ki, ona 1 gün vaxt verək. Bütün bunlara baxmayaraq, ona yenə şans verdim. Dedim 1 yox, 2 gün vaxt verirəm. O vaxtdan 17 gün keçib. Hələ də mən qonorarımı ala bilmirəm. Nahidə ayıb olsun. O, yalnız öz müğənnilərini aldada bilir. Mən həmin səhnədə Çelik ilə çıxış etdim. O, Çelikin pulunu ödəməyə bilərdi? Belə dələduzluq etdiyi üçün ona ayıb olsun! Biz hüquqi və qanunların işlədiyi bir ölkədə yaşayırıq. Mən qanuni yolla bütün pullarımı geri alacam. İndiyədək susmağımın səbəbi isə "bu gün ödəyirəm, sabah ödəyirəm, yoldayam" deməkləri olub. Bu artıq son hədd oldu. Bugün isə zəng edib ki, gəlin söhbət edək. Artıq söhbət etməyə də yer qalmayıb. Bütün yazışmalar və səs yazıları məndə var".

P.S. Onu da əlavə edək ki, artıq Aygün Kazımovanın səbr kasası daşıb və o, Nahid Emiloğluya vaxt belə verməyi düşünmür. İndən belə təşkilatçı ilə yalnız məhkəmələrdə görüşəcəyini vurğulayır.

Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az