DİN Masallı rayonunda yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb.
Nazirliyin saytının verdiyi məlumata görə, yanvarın 14-də saat 05 radələrində Masallı rayonunun Sərçuvar kəndində yerləşən "Sərçuvar Petrol" yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Rafiq Qafarovu və Nağı Həsənovu hədələyib tüfəngdən havaya atəş açaraq pul vermələrini tələb edib, istədiyinə nail ola bilmədiyindən hadisə yerini tərk edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Cəlal Cəlalzadə tutulub, hadisəni törədərkən istifadə etdiyi "İJ -58" markalı tüfəng götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 12-də "Sərçuvar Petrol", dekabrın 22-də Cəlilabad rayonundakı "Alpetrol", bu il yanvarın 4-də Camaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqələrindən, habelə ötən il dekabr ayının 29-da Təzə Alvadı kəndində Mürvət Əhədova məxsus yanacaqdoldurma məntəqəsindən quldurluq yolu ilə 470 manat pul, dekabr ayının 6-da Cəlilabad rayonunun Muğan kəndində "Smirs" yanacaq doldurma məntəqəsində oranın işçisi Orxan Bədəlova tüfəngdən açdığı atəşlə xəsarət yetirib 2630 manat pul aparması da müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































