Mediainfo.az xəbər verir ki, "Tv8" telekanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalı izdivac verilişinin yayınlanması ilə bağlı qərar verib.
İlk öncə onu qeyd edək ki, Acun Esra Erolun proqramını öz kanalına transfer etmək istəyib. Lakin Esra artıq ATV ilə müqavilə imzaladığından bu addım baş tutmayıb.
İşi belə görən Acun müğənni Songül Karlıya veriliş aparmağı təklif edib. Xatırladaq ki, Songul bir aparıcı kimi özünü sınamışlardandır. O, əvvəllər Uğur Arslanla Fox TV-də "Su gibi" verilişinin aparıcısı olub. Amma izdivac xarakteri daşıyan bu proqramın ömrü uzun çəkmədiyindən S.Karlı işsiz qalıb. Ona görə də Acunun təklifini "göydəndüşmə" hesab edib və heç fikirləşmədən razılaşıb.
Beləliklə, gələn həftədən etibarən "Tv8"-də də evlənmək proqramı yayımlanacaq.
Onu da xüsusi vurğulayaq ki, verilişin aspekti təkcə evləndirməkdən ibarət olmayacaq. İş axtaranlara, ailə qurmaq istəyənlərə, ev-eşiyi olmayanlara, qohum-əqrəbasını axtaranlara, aldadılanlara, xəstələrə yardım məqsədi də daşıyacaq.
Günel Həbib
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































