Ötən gün "JW Marriott Absheron" otelində toyu olan əməkdar artist Tahir İmanovun adından saxta facebook profili açılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Əməkdar artistin oğurlanan profili vasitəsi ilə dostluqlar göndərilir, məlumatlar paylaşılır.
Hadisəylə bağlı Tahir İmanov musavat.com-a açıqlama verib. O, bildirib ki, onun heç bir zaman feysbuk profili olmayıb, adı çəkilən profil saxtadır:
"Mənim adımdan nalayiq sözlər yazılıb. Onlar şərəfsiz, simasız, tərbiyəsiz insanlardır".
Əməkdar artist bununla bağlı məhkəməyə müraciət etməyəcəyini də deyib:
"Onlar ən böyük məhkəməyə layiqdir, bu da Allahın cəzasıdır. Dəyərli vaxtımı bu cür olaylara sərf etmək istəmirəm".
Xatırladaq ki, ötən gün Tahir İmanovun toy mərasimi keçirilib. Məlumata görə, onun ailə qurduğu xanım tanınmış model Nigar Əliyevadır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































