Manana filmə çəkilib

Manana filmə çəkilib

Müğənni Manana jurnalistlərin suallarına cavab verərkən bildirib ki, yumoristik filmdə rol alıb.

"Gürcü rejissorun çəkdiyi film yanvarda nümayiş olunacaq. "Mənim öz stilim var. Hələ ki, ağ saçlarım yoxdur. Ona görə də imicimdə dəyişiklik etmirəm. Manananı qırmızı saçlarla görməyəcəksiniz. Əsas odur ki, insan kimi dəyişməyəcəyəm. Klipdə, filmdə dəyişik obrazda ola bilərəm. Gürcü rejissorun çəkdiyi yumoristik filmdə çəkilmişəm. Yanvarda təqdim olunacaq ekran işində fərqli Manana görəcəksiniz".

Müğənni otel biznesi ilə məşğul olması xəbərlərinə də aydınlıq gətirib:"Rustavellidə mənim yox, həyat yoldaşımın oteli var. Bu məkan ailəmizindir. Mənim bizneslə işim yoxdur. Mən sənətimlə məşğulam. Həyat yoldaşım mənimlə tanış olmazdan əvvəl biznesmen idi. O uğur əldə etmiş insandır. Devalvasiyaya da hazırdır. Ərim deyir ki, otel ikimizindir, mən də sözlərini hörmətlə qəbul edirəm. O mənim həyatımdır, mənə ondan başqa heç nə lazım deyil. Ən böyük uğurum sənətimdir və ailəmin xoşbəxtliyidir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az