Oteldə əmisi qızını öldürənin işi ekspertizaya göndərildi

Oteldə əmisi qızını öldürənin işi ekspertizaya göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Vulkan" oteldə əmisi qızını qətlə yetirməkdə təqsirləndirilən Asim Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi keçirilən qapalı prosesdə cinayət işi ekspertizaya göndərilib. Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, qətl hadisə noyabrın 20-də saat 21:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Vulkan" otelinində baş verib. Hamam otağında 1979-cu il təvəllüdlü, Kürdəmir rayon sakini Şükürova Afaq Rafiq qızının boğaz nahiyəsində stranqulyasiya şırımı xəsarəti ilə müşayət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovanın əmisi oğlu, 1989-cu il təvəllüdlü Ağamaliyev Asim Rasim oğlu tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib, cinayətin törədilməsində şübhəli bilinən A.Ağamaliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az