Məşhur italiyalı müğənni Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.
Möhtəşəm şounun biletləri yanvar ayından satışa çıxarılacaq. Mərkəzin dəstəyi ilə keçiriləcək konsertin 2016-cı il aprelin 24-də baş tutacağı gözlənilir.
1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın "Debütantlar" nominasiyasında qalib olan Ramazotti karyerasına məşhur müğənni kimi imza atıb.
Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazottinin mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Eros Ramazottinin 2015-ci ildə çıxan 13-cü "Perfetto" adlı musiqi albomu 38 ölkədə "ən yaxşı 20-lər" sırasına daxil olub.
Qeyd edək ki, Ramazottinin Bakı konserti də "Perfetto" dünya turu çərçivəsində təşkil olunacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































