Cem Yılmazın lentə aldığı yeni filmdə azərbaycanlı müğənni İradə İbrahimovanın repertuarından "Neyləyək, alınmadı" mahnısını ifa etməsi artıq neçə həftədir ki, müzakirə olunur.
Elgiz Əkbərin həmin hadisəni böyük uğur hesab etməməsi və bunu canlı yayımda bildirməsi qarşı tərəfi qıcıqlandırıb.
İradə İbrahimovanın mətbuat katibi Zəminə Rüstəmova Elgiz Əkbərin bu açıqlamasına olan təəccübünü gizlətməyib:
"Elgizin nə İradə xanımla, nə də Cem Yılmazla problemi yoxdur. İradə ilə Elgizin çox gözəl münasibəti var. Açığı, bu xəbər məni təəccübləndirdi. İradə İbrahimovanın ifa etdiyi mahnı ilə Azərbaycan musiqisi bir daha gündəmə gəldi. Bu isə tərifəlayiq haldır. Bundan bütün Türkiyə mətbuatı yazdı. Sözügedən xəbər İradənin özü üçün də sürpriz olub".
Müğənninin mətbuat katibi Elgizin "Cennifer Lopez Azərbaycan dilində mahnı oxumayıb ki?!" fikrinə də münasibət bildirib:
"Cem Yılmazın məşhurluğuna gələndə isə o, Türkiyə üçün əlçatmaz insandır. İradə xanım orada məşhur sima deyil. Çünki o, Türkiyə şou biznesinə qatılmayıb. Cem Yılmaz Türkiyədə Cennifer Lopez qədər məşhur şəxsdir. Yəqin, Elgiz Əkbər o sahə ilə maraqlanmır. Elgiz bu sözləri ilə ürək bulandırdı".
Xatırladaq ki, telejurnalist Elgiz Əkbər adıçəkilən hadisəni boş yerə şişirdildiyini söyləmişdi:
"Son dövrlər konsertlər yoxdur. Mədəniyyət hadisələri baş vermir. Bu xəbər artıq çürüdüb. Böyük bir iş olub? Cem Yılmaz çox istedadlı insandır. Amma bunu elə qələmə verir ki, elə bil Cennifer Lopez Azərbaycan dilində mahnı ifa edib. Burda nə var axı? Oxuyub oxuyub da...". (publika)
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































