Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Mediainfo.az xəbər verir ki, Türkiyənin korifey sənətçisi İbrahim Tatlıses sənətə qayıdır! İmperator hazırladığı yeni albomu haqda artıq sosial şəbəkələrdəki səhifələrində xəbər paylaşıb. Onu da əlavə edək ki, Mayamidə müalicə alan sənətçini tez-tez ziyarət edən dostu Sibel Canla dueti də gözlənilir. Hansı ki, həmin duet yeni alboma əlavə ediləcək.
İzmirdə yeni otel sahibi olan İbo səhnəyə qayıdışını d məhz bu şəhərdə qeyd etməyi düşünür. Sənətçi ilk konsertini ya İzmirdə, ya da Şanlı Urfada verəcək.
Sosial şəbəkədə saz ustaları ilə fotosunu paylaşan ustad sənətkar, "Sağ olsunlar, övladlarım ziyarətimə gəliblər. Duyğu seli yaşadıq. İnşallah, bu komanda ilə yenə qarşınızda olacağıq" statusunu yazıb.
Günel Həbib