Mediainfo.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Fərid Mərd qardaş ölkədəki işlərindən söz edib. Türkiyənin tanınmış şairəsi, Azərbaycanda da bir çox məşhur mahnıların sözlərinin müəllifi olan Aişə Birgül Yılmazla dost olan müğənni may ayından İstanbuldadır. Fərid türkiyəli şairənin sayəsində oranın tanlnmış ENBE orkestri ilə işbirliyinə başlayıb: "Aişə xanımın vasitəsilə ENBE orkestrinin rəhbəri Behzat Gerçekerle tanış oldum. Mənim ifaçısı olduğumu biləndə onlarla bərabər çalışma təklifini etdi. O vaxtdan ENBE-nin solistiyəm".
Fərid Türkiyənin bir çox şəhərlərində keçirilən konsertlərdə uğurla çıxış etdiklərini və orkestr rəhbəri, eləcə də üzvlərinin ondan məmnun olduqlarını bildirir. Qeyd edək ki, azərbaycanlı müğənni bu yaxınlarda TRT kanalında türk müğənnisi Kubatla "Sarı gəlin" xalq mahnımızı ifa edib. Həm də mahnılar bəstələdiyini deyən Fəridin bəstələrini yaxın vaxtlarda Türkiyənin bir neçə tanınmış sənətçiləri ifa edəcəklər. Bundan başqa, yeni il üçün müğənnimizin ENBE ilə birgə Azərbaycanda konserti planlaşdırılır.
Şəlalə Nəriman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































