Arada söz aparıb-gətirən insanlara ar olsun.
Bu sözləri xalq artisti Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynov müğənni ilə yollarını ayırması haqda danışarkən deyib. Prodüser müğənni ilə işbirliyinə son qoymasının səbəbini açıqlayıb:
"Çoxları elə bilir ki, Nazpəri xanımın İnstaqram səhifəsində yanlışlıqla erməni bayrağı paylaşdığıma görə mənimlə işbirliyinə son qoyub. Amma bu belə deyil. Birincisi, Nazpəri xanım mənimlə yox, mən onunla işbirliyinə son qoymuşam. İkincisi, bunun erməni bayrağı ilə heç bir əlaqəsi yoxdur. Mənim işdən çıxmağımın səbəbi bəzi 3-cü şəxslərin söhbətə qarışması ilə bağlıdır.
5 il Nazpəri xanımın prodüseri olmuşam. Bu 5 ildə mən onunla tək işləmişəm, mətbuat katibi-filan olmayıb. Kimlərsə bəzi yazışmaları özünə sərf edən formada skrin edib, Nazpəri xanıma göstərib. Nəticədə bizim münasibətlərimiz korlandı. Əslində, mənim başqa bir işim də var, ona görə də çatdıra bilmirdim. Prodüserlik karyerama son qoymaq fikrim yoxdur. İndi adını çəkmək istəmədiyim çox məşhur, səviyyəli bir müğənni ilə işbirliyinə başlayacağam".
Xatırladaq ki, bir müddət əvvəl Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynovun sənətçinin İnstaqram hesabında yanlışlıqla erməni bayrağı paylaşması böyük rezonans doğurmuşdu. (axar)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































