Xalq artisti İlham Quliyevanın həkimi, tanınmış uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan onun səhhəti barədə açıqlama verib.
Həkim APA-ya bildirib ki, son vaxtlar xəbər saytlarında Azərbaycanın xalq artisti İlhamə Quliyevanın səhhəti ilə bağlı ziddiyyətli məlumatlar yer almaqdadır.
R. Şolanın sözlərinə görə, İ. Quliyeva xəstəxanaya qəbul edildikdən sonra aparılan müayinələr zamanı böyrəklərin fəaliyyətində müəyyən problemlərin olduğu aşkar edilib: "Dərhal intensiv müalicəyə başladıq. Müalicə ilk gündən müsbət təsirini göstərdi. Gündəlik müayinələr təkrarlanır. Şükürlər olsun ki, ciddi müsbət dinamika müşahidə edirik . Hörmətli sənətkarımızın əhval-ruhiyyəsi də yaxşıdır. Ümid edirəm, hətta əminəm ki, yaxın vaxtlarda İlhamə xanımın səsini yenidən səhnədə eşidəcəyik".
Qeyd edək ki, İ. Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































