"Heç vaxt adıma, sənətimə, vətənimə xələl gətirməmişəm."
Bu sözləri xalq artisti Nazpəri Dostəliyeva rəsmi İnstaqram səhifəsində yazıb. Müğənni onu efirə buraxmayan telekanalları tənqid edib:
"Məni sevən, sənətimə, mədəniyyətimə dəyər verən hər kəsə səslənirəm. Dahi lider Heydər Əlirza oğlu Əliyevin imzaladığı əməkdar artist, cənab prezidentimiz İlham Əliyevin imzaladığı xalq artisti adını almaq şərəfinə layiq olan bir sənətkarın efirə buraxılmaması nə dərəcədə düzgündür? Mən sənətə gələn gündən Azərbaycanımın adını başqa dövlətlərdə yüksəklərə qaldıran bir xanım olmuşam. Heç vaxt adıma, sənətimə, vətənimə, prezidentimə xələl gətirməmişəm. Bununla qürur duyuram. Burdan televiziya rəhbərlərinə səslənirəm, bu sözlərimi diqqətlə oxuyun, belə olmayacaq". (axar)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































