Azərbaycanlılar bu dəfə də Türkiyənin ən məşhur musiqi yarışı olan "O səs Türkiyə"də möhtəşəm performans göstəriblər.
Müsabiqəyə bu dəfə repçilərimiz qatılıb. "Nəğd pul" qrupu "Bizi tanımağınıza az qaldı" adlı rep söyləyib. Onlar münsifləri dərhal özlərinə tərəf döndərməyi bacarıblar.
Tamaşaçıları coşduran repçilərimiz Əbru Gündeşlə Hadisəni səhnəyə dəvət edərək rep oxuyublar.
Tamaşaçıların istəyi ilə mahnını ikinci dəfə ifa edən azərbaycanlı ifaçılar sonda Gökhan və Hakan Özoğuzu seçiblər. Qrup əvvəl Türkiyənin daha bir yarışması "Yetənək sizsiniz"də çıxış edib.
Musiqi yarışmasının münsif kürsüsündə bru Gündeş, Hadisə, Murad Boz, Gökhan və Hakan Özoğuz əyləşir. (ans)
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































