Nazpəri: "Bilmirəm kimin əmri ilə mənim çıxışlarıma kanallarda “zapret” qoyulub"

Nazpəri: "Bilmirəm kimin əmri ilə mənim çıxışlarıma kanallarda “zapret” qoyulub"
Xalq artisti təkcə ANS-dən razı qaldığını bəyan edib

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva kanallarda onun çıxışlarına qadağa qoyulması haqqında ANS PRESS-ə danışıb.

Onun sözlərinə görə, heç bir səbəb olmadan kanallarda çıxışı qadağa olunub. İfaçı bildirir ki, başqa kanallarda hazır verilişləri olub, lakin kiminsə əli ilə efirə getməyib. Yalnız ANS televiziyası və radiosu xalq artisitinin ifalarını hər zaman işıqlandırıb.

"ANS televiziyasından, radiosundan başqa bütün kanallara bir xalq artistinə "zapret" qoyuldu. Heç bir səbəbi məlum olmadan. 3 ilə yaxındır ANS TV-dən başqa heç bir kanalda çıxış etmirəm. Bilmirəm kimin əmri ilə mənim çıxışlarıma kanallarda "zapret" qoyulub. Başqa kanallarda konsertlərim, verilişlərim var idi, birdən-birə çıxmadı efirə. ANS televiziyası heç kimin tapşırığına baxmadı, qorxaq olmadı, ikiüzlülük eləmədi. Mən ölənə qədər, nə qədər ki, yaşayıram ANS-in yalnız müğənnisi kimi deyil, həm də dostuyam, necə özləri məni də elə hesab etsinlər. Mən 3 ildi bu haqsızlığa susuram"

Xalq artisti efirlərdə olmamasının müsbət tərəflərinin olduğunu da deyib. Sənətçi bildirb ki, o, ailəsinə, övladlarına və yeni doğulmuş nəvəsi Kərimə daha çox vaxt ayırdığını və nəvazişini çəkdiyini bildirib.

Nazpəri Dostəliyeva 1959-cı il dekabrın 23-də Şamaxıda doğulub. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. "Nə olar, Allahım, ayırma bizi" mahnısı ilə daha da məşhur olub. 1998-cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. Ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən iki oğlu var

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az