Oktyabrın 15-i, saat 02:00-da xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb. Azərfax xəbər verir ki, 8-ci mikrorayon ərazisində yerləşən Tennis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu "Hunday Sonata" markalı avtomobillə, içərisində iki xanım olan "Şevrolet" markalı avtomobil üz-üzə gəlib. İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: "Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?" Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib. İttiham tərəflərindən biri - "Şevrolet"in sərnişini də İlhamə xanımın ona xələl yetirmək, bıçaqlatdırmaq istədiyini deyib. Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf "102" polis xidmətinə zəng edib. Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































