Məşhur türkiyəli musiqiçi Ozan Çolakoğlu və Azərbaycanın estrada ulduzu Röya Ayxan qardaş ölkədə bir araya gəliblər.
Söz və musiqisi Gülşenə məxsus "Kesin bilgi" adlı yeni bəstə bütövlükdə Çolakoğlunun "Ozinga" şirkətində hazırlanıb. Klipin rejissoru yenə də Murad Küçükdür.
Tərəflərin iş birliyi Türkiyə mətbuatında da geniş yer alıb. Layihənin öncə qardaş ölkənin mediasında təqdim edilməsi Röyanın özü üçün də xoş sürpriz olub. İfaçı yeni işinin işıq üzü görməsini məhz Türkiyə mətbuatı vasitəsi ilə öyrənib.
"Kesin bilgi"nin akustik versiyası Emre Bayara, remiksi isə Kaan Gökmana məxsusdur. Klipin özü ilə yanaşı hər iki versiyası da bu gündən etibarən musiqisevərlərin ixtiyarına buraxılıb.
Xatırladaq ki, Röya daha öncə də "Gönder" və "Gemiçiler" adlı klipləri ilə türk mətbuatının gündəmini zəbt etmişdi. (aktual)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































