"Azad Azərbaycan" telekanalının aparıcısı İlhamə Bədəlovanın bir neçə gün öncə keçmiş nişanlısı barədə söylədiyi fikirlər cavabsız qalmayıb. Lent.az -ın məlumatına görə, aparıcının keçmiş nişanlısı birgə çəkilmiş fotolarını paylaşaraq bu şərhi yazıb: "Sənsizlik ölüm qədər acıdır. Varlığın yaşamaq qədər müqəddəs, sən isə nəfəs qədər önəmli, canım qədər dəyərlisən. Haqqını halal et, sevdiyim. Mən sənin sevginə layiq ola bilmədim".
Qeyd edək ki, İ. Bədəlova bir neçə gün öncə açıqlamasında xəyanətə görə, yenidən bir araya gəlməyəcəklərini açıqlamışdı: "Nişanımı qaytarmışamsa, səbəbi var. Ayrılığımın əsl səbəbi onun dəfələrlə xəyanət etməsi olub. İl yarım nişanlı olduq. Nişanlı qaldığımız dövrdə mənə xəyanət etdi, bağışladım. Amma sonuncu xəyanətini keçə bilməzdim. Hətta toy gününü müəyyən edib, restoran danışmışdıq. Toyum üçün restorana verdiyim beh də batdı. Yenidən bir araya gəlməyimiz isə mümkünsüzdür. Mən uşaq deyiləm, 36 yaşım var. Nə etdiyimi çox yaxşı bilirəm. Mən də istəyərdim ki, gözəl ailəm olsun. Amma alınmadı, qismət. Barəmdə də kim harda nə yazırsa, məni maraqlandırmır".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































