İlkin Həsəni ANS-dən üzr istədi, məhkəmə üzrhaqlığı qəbul etmədi. O, yenidən üzr istəyəcək!
ATV-nin ən məşhur kişi siması olan İlkin Həsəni ANS telekanalının ünvanına "facebook" sosial şəbəkəsində təhqiramiz ifadələr yazmışdı. Həmin statusa görə ANS şirkəti aparıcını məhkəməyə verib. Məhkəmənin qərarına əsasən, İlkin Həsəni ANS şirkətindən üzr istəməli olub.
Teleaparıcının facebook sosial şəbəkəsində paylaşdığı üzrxahlıq statusunda deyilir: "Əziz dostlar, dəyərli izləyicilərim. Son zamanlar TV-lər arasında yaman gərginlik yaranıb. Mən də vaxtı ilə hamı Mətanəti qınayanda həmkarıma dəstək olmaq istədim. Amma emosiyaya qapılıb yazdığım sözlər qonşu kanallarda inciklik yaratdı. Əgər kimsə mənim həmin sözlərimi özünə aid edirsə, onlardan üzr istəyirəm. Gəlin biz TV işçiləri çəmiyyətə nümunə olaq. Belə səhvlər etməyək. Bir-birimizə kömək edək. Bir-birimizin işinə qarışmayaq! Bir sözlə, gəlin həmrəy olaq!".
Ötən gün baş tutan məhkəmə iclasında aparıcının üzrhaqlığını hakim qəbul etməyib. Məhkəmənin qərarına əsasən, İlkin Həsəni ANS şirkətindən yenidən üzr istəməlidir.
Xatırladaq ki, İlkin Həsəni bu statusa görə məhkəməyə verilib: "14 ildir telekanalda işləyirəm. Bu müddət ərzində çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim. Bəs, hanı sizin jurnalist həmrəyliyiniz? Hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, telekanal adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi. Hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz. Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz. Yaxşı, olsun!" (publika)
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































