İlhamə: "Buynuzun qaşınırsa, get divara sürt"

İlhamə: "Buynuzun qaşınırsa, get divara sürt"

Xalq artisti İlhamə Quliyeva repertuarında olan "Neylərəm" adlı bəstənin Brilliant Dadaşova tərəfindən oxunmasına münasibət bildirib. "10-lar" verilişinə açıqlama verən İ.Quliyeva onun mahnılarını oxuyanlara son xəbərdarlıq etdiyini açıqlayıb: "İllər öncə ifa etdiyim "Neyləmişəm" mahnımın oxunmasına qadağa qoymuşam. Hansı müğənni oxusa, onunla bağlı şok açıqlamalar verəcəm. Quş səsi ilə oxumasın. Pis oxuyub, bərbad günə qoyub. Mahnının ilk ifaçısı mənəm. Buna görə də məndən icazə alınmalıdır. Bu yaxınlarda bir nəfərdən soruşurlar ki, "Bu mahnını İlhamə xanım oxuyub". Cavab verir ki, "Hə, o da oxuyub. Mən Türkiyədə bir ifaçıdan eşitmişəm". Sən nə danışırsan? Buynuzun qaşınırsa, get divara sürt. Mənim sənətim, yaşım az deyil. Özlərini yığışdırsınlar".

İ. Quliyeva şou-biznes nümayəndələrinin açıq-saçıq geyimlərdə klip çəkdirmələrinə də münasibət bildirib: "Belə hərəkətləri edənlərin 60-dan çox yaşı var. Sifəti dartdırmaqla, yanağı çuğundur etməklə deyil. Baş yekə, özü balaca... Yaşı 60-ı keçib, lüt soyunub klip çəkdirir. Olmayan bədən formanı kimə göstərirsən? Bunu edən Aygün olub və möhürünü də vurub".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az