"Onu harda olsa, tapıb, həbs etdirəcəm".
Bu günlərdə müğənni İzzət Bağırov belə bir bəyanatla çıxış edib. Onu özündən çıxaran isə bir saxtakardır.
Sosial şəbəkələrdə müğənninin adından saxta profil açanlardan narahat olan və əsəblərinə hakim ola bilməyən ifaçı həmin şəxslərlə qanun çərçivəsində mübarizə aparmağı düşünür:
"Son günlər başım konsert hazırlıqlarına qarışıb. Ona görə də sosial şəbəkədə yazılanlara vaxtlı-vaxtında cavab verə bilmirəm. Bundan sonra məndən inciməsinlər. Bir nəfər mənim adımdan profil açıb. Onu harada olsa, tapıb həbs etdirəcəm. Hamı bilsin ki, o mənim səhifəm deyil. Belə haqsızlıq olmaz. Hətta öz səhifəmdə də həmin saxta profil sahibinin tərəfini saxlayanlar var. Mənə dəstək olmaq əvəzinə, konsert öncəsi məni əsəbiləşdirirlər. Hazırda əleyhimə çox böyük kampaniya aparılır. İnsanlar məni sarsıdır. Amma allah hər kəsin cəzasını verəcək. Haqqıma girirlər, ağıllarına gələni yazırlar. Axı, nədir bizi bu günə qoyan? Bir neçə il əvvəl belə deyildik. Niyə vəhşiləşmişik? Bəs qorxmursunuz ki, bu qədər haqsızlıq edirik, o da axirətdə Allaha şikayət edəcək? Tanrının intiqamından çəkinmirsiniz? Allah məni pis insanların şərindən, ləkələrindən, nəfslərindən qoruyacaq. Çünki mən onu çox sevirəm. Heyfsilənirəm insanların halına. Mən erməni yox, azərbaycanlıyam".
Qeyd edək ki, ifaçı bu ay solo konsert proqramı ilə çıxış edəcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































