Mediainfo.az xəbər verir ki, oktyabrın 30-da dünyaşöhrətli Tarkan Monte Karlodakı "Hermitage Otel"də konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Nəzərinizə çatdıraq ki, biletlərin satış qiyməti 294 avrodan başlayır. Onu da xüsusi vurğulayaq ki, Tarkan ötən il Mərakeş Krallığının şahzadəsi Albertin özəl təklifi ilə "Monte Carlo Summer Festival"-nın bağlanış mərasimində oxuyub.
Sırf Tarkan pərəstişkarı olan şahzadə müğənni üçün gecəsi 14 min avroluq oteldə lyüks nömrə ayırtdırıb. Hansı ki, həmin nömrə bu ölkəyə təşrif buyuran prezidentlər üçün nəzərdə tutulub.
Konsertin biletləri nəinki Monte Karlo əhalisi, hətta xarici ölkə vətəndaşları tərəfindən alınıb. Həmin gün Tarkanın hesabına şəhər turistlərlə dolu olacaq. Daha doğrusu, bəzi turizm şirkətləri "Tarkan ilə Monte Karlo konserti" ad altında Fransaya tur təşkil etməklə məşğuldur. Hansı ki, bu tura təyyarə və konsert biletləri və qarşılama daxildir. Və "sadəcə" 1040 avroya. Cəmiyyətdə tanınan məşhur simalar artıq konsert biletlərini əldə ediblər.
Günel Həbib
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































