"Millət vəkili seçiləndən sonra şou-biznesdə qayda yaratmağa çalışacam". Bu sözləri bu il millət vəkilliyinə namizədliyini irəli sürəcəyini bəyan edən əməkdar artist Elza Seyidcahan deyib. O bildirib ki, həmişə şou-biznesdə nümaunə olmağa çalışıb: "Mən bu sənətə gələn gündən heç bir zaman gənclərin tərbiyəsini pozmamışam. Reklam üçün xoşagəlməz hərəkətlər etməmişəm. Əgər millət vəkili seçilsəm, ilk işim şou-biznesi qaydasına salmaq olacaq. Hamı görür ki, şou ailəmi hazırda nə vəziyyətdədir. Hər zaman gözlədim ki, bizim sənətkarlarımız şou-biznesi qaydaya salsınlar. Amma təəssüflər olsun ki, şou-biznesi çaxnaşmaya salan məhz o sənətkarlardır. Qruplaşmalar yaradırlar. Bütün günü otururlar evdə, zəng edib deyirlər ki, filankəsin tədbirinə getmə. Gözləyərdim ki, o sənətkarlar sülh yaratsınlar. Gənc olsam da, mən yaradacam. Belə bir deyim var ki, ağıl yaşda deyil, başdadır. Sevinirəm ki, gənc də olsam, Allah məni müdrik yaradıb. Heç bir zaman millət vəkili olmaq iddiasında olmamışam. Sadəcə ötən il barəmdə xoşagəlməyən sözlər yayıldı. Ona görə də söz verdim ki, millət vəkili seçkilərində iştirak edəcəm. Hamı bilir ki, hər zaman öz bildiyimi və dediyi edənəm. Yeni Azərbaycan Partiyasının üzvü kimi namizədliyimi verəcəm".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































