Tanınmış meyxana ustadı Rəşad (Əmirov) Dağlı yaradıcılığında "bomba" partladıb! Belə ki, Rəşad türk dilində meyxana yazıb. Sözləri və musiqisi meyxanaçının özünə aid olan bəstə Türkiyə mediasında geniş işıqlandırılıb. Hətta bir neçə tanınmış türk müğənniləri (Alişan daxil olmaqla) Rəşad Dağlının "Bi siqara yak abi" bəstəsini ifa etmək istəyir. Bundan başqa, yaraşıqlı meyxanaçıdan mahnı almağa tələsən türk sənətçiləri də var.
"Bilirsiniz ki, meyxana Azərbaycan folkloruna aiddir. Sözün açığı, türk dilində nəsə yaratmaq fikrimdə olmayıb. Heç özüm də bilmədim bu bəstə hardan ağlıma gəldi. Bir də onda gördüm ki, artıq yazılıb və hazır vəziyyətdədir. İçimdən gələn şeir, mahnı vəhdət təşkil edəndə mənə xoş olur. Balam kimi sevirəm yaratdığımı. Bir çox sənətçilərin, məsələn, Röya xanımın, Abbas Bağırovun, Elçin Cəfərovun mahnılarının sözləri mənə aiddir. İndi türk sənətçilərindən çoxsaylı təkliflər almışam. Üzərində işləyirəm. Ümid edirəm, hər şey yaxşı olacaq!" – deyə Mediainfo.az-a açıqlama verən Rəşad Dağlı haqda daha bir yeniliyimiz də var. Tezliklə gənc meyxanaçı ikinci dəfə ata olacaq. Onun Vaqif adlı bir oğlu var.
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































